USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı
7°

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

15:19 06.11.2026
Bu gün Azərbaycanda qısa iş günü deyil  - Rəsmi
15:19 06.11.2026

"Bu gün Azərbaycanda qısa iş günü deyil”.

Bu barədə Mynews.az-un sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib.

"Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlki iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

6 noyabr qeyd olunan günlərin ərəfəsinə təsadüf etmədiyindən, həmin tarix qısaldılmış iş günü hesab edilmir”, - rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, bu gün bir sıra media resurslarında 6 noyabrın Azərbaycanda qısa iş  günü olmasına dair məlumatlar yayılıb.


Xəbər lenti