Qadın alverinə görə tutulan Maral Tahirqızıdan XƏBƏR VAR Azadlığa...

1108
Qadın alverinə görə tutulan Maral Tahirqızıdan XƏBƏR VAR Azadlığa...

Əxlaqsızlıq yuvası saxlamaqda təqsirli bilinərək həbs edilən müğənni Maral Tahirqızı məhkəmə qərarından kasasiya şikayəti verib. 

Mynews.az
xəbər verir ki, bu barədə teleqraf.com-a Ali Məhkəmədən bildirilib. 

Məlumata görə, Maral Tahirqizi Bakı Apelyasiya Məhkəməsinin qərarından narazı qalıb. 

Xətai Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilən Maral Tahirqizi apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Bu qərardan narazı qalan Maral Tahirqızının şikayəti bir neçə gün əvvəl Ali Məhkəməyə daxil olub. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir. 

Maral Tahirqızının şikayəti hakim İlham Cəfərovun icraatına verilib. Yaxın günlərdə onun şikayətinə baxılacaq gün məlum olacaq. 

Maral Tahirqızı Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıdan məhrum edilib. Maral Tahirqızı məhkəmə zalında həbs olunub. 

Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Xəbər lenti