Azərbaycanda 12 milyon manata salınan yoldan möhtəşəm görüntü - VİDEO - FOTOLAR

1854
Azərbaycanda 12 milyon manata salınan yoldan möhtəşəm görüntü - VİDEO - FOTOLAR
Ümumi uzunluğu 39.3 kilometr olan Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi başa çatıb. 
 
Yolun uzunluğu 39,3 km-dir və IV texniki dərəcəyə uyğun olaraq layihələndirilərək yol-tikinti işləri yerinə yetirilib. Bu yolun tikintisi 51,0 min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcək.
 
Avtomobil yolunun əsas texniki göstəriciləri
 
Yolun uzunluğu  – 39,3 km
Yolun texniki dərəcəsi  - IV
Hərəkət hissəsinin eni  – 6,0 m   
Hərəkət zolaqlarının sayı - 2 ədəd
Hərəkət zolağının eni  - 3,0m
Çiyinin eni  - 2x2,0 m
Torpaq yatağının eni  – 10 m
                                       
Yolun konstruksiyası:
 
-  Əsasın alt layı - karxana çınqılından, qalınlığı - 28 sm;
-  Əsasın üst layı - optimal qırmadaş qarışığı, qalınlığı - 10 sm;
-  Asfaltbeton örtük  2 laydan ibarət (6+4 sm) qalınlığı - 10 sm.
 
Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:
 
Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə - 125,7 min  m3 çınqıl və qum-qırmadaş
qarışığı sərf edilmişdir;
2 laydan ibarət asfalt-beton örtüyün tikintisinə  - 59,8 min ton asfalt-beton qarışığı sərf edilmişdir;
Diametri 600-1000 mm olan su borusu tikilmişdir - 36 ədəd;
Yol təhlükəsizlik dirəkləri quraşdırılmışdır  - 786 ədəd;
Müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılmışdır - 157 ədəd;
Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə  xətlər çəkilmişdir  - 98,2 km.
 
 
Qeyd edək ki, Beyləqan rayonunun Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisinin başa çatdırılması üçün ümumilikdə 11,6 milyon manat ayrılıb. 
 

 

 

 

 

 

 

 

 

Xəbər lenti