Sabirabadda yeddi yaşlı uşağın qətli ilə bağlı yeni təfərrüatlar məlum olub.
Mynews.az istipress-ə istinadən xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində dünən axşam baş verib. Belə ki, 27 yaşlı Röyal Məmmədov qaynanasının adına olan torpaq sahəsini satmaq istəyib. Lakin həm həyat yoldaşı, həm də qaynanası buna razılıq verməyiblər. Evdə dava salan Röyal əvvəlcə həyat yoldaşının üzərinə hücum çəkib. Təzyiqdən qorxan qadın xalasıgilə qaçıb. Röyal Məmmədov isə qaynanasından uşağı ona verməyi tələb edib. Qaynanası isə "qoy uşağı geyindirim, sonra apar" deyib. Uşağı öldürməyə aparan Röyal Məmmədov hadisədən əvvəl qaynanasına ismarıc ünvanlayır: "Sədiyə de ki, bir də Röyamini görməyəcək. Aparıram başını kəsməyə. Bu da qisas". Həmin tükürpədici ismarıcın fotosunu sizə təqdim edirik:
Qeyd edək ki, amansız hadisəni törədəndən sonra qatil ata müstəntiqə zəng edərək: "Bir paçka siqaret al gəl, sənə meyit verəcəm" deyib.

Röyamin Məmmədov üçuşaqlı ailənin ən böyük övladıdır. Kənd məktəbinin birinci sinfində təhsil alan Röyamin əlaçı şagird olub. Nənəsinin sözlərinə görə, Röyamin atasından qorxurdu. Hətta hadisənin baş verdiyi gecə: "Nənə məni atama vermə, qorxuram" deyib.

Röyaminin anası Günel Məmmədovanın verdiyi məlumata görə, Röyal bir neçə il əvvəl kiçik oğlunu da qaçırıbmış. Lakin ona xələl yetirməyib geri qaytarmışdı. Amma bu dəfə fərqli oldu: "Röyal bilirdi ki, mən Röyamini çox istəyirəm. Məni ən çox onun ölümü yandırar. Ona görə də onu öldürdü " - deyib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub