"YouTube" video plaformasında məşhur çizgi film obrazlarının iştirakı ilə qorxulu və təhlükəli videolar yayılıb.
"Peppa Peg" adlı çizgi film seriyalarına bənzəyən bir videoda Peppanın dişləri iynə iilə çəkilir, ağrıdan ağlayan bir səs eşidilir.
Jurnalist Laura June üç yaşlı qızının bu videoya baxdığını görüb və videonun təhlükəli mesajlar verdiyini təxmin edib.
"BBC Trending" "YouTube"da bu tip videoları taparaq araşdırmağa başlayıb. Yüzlərlə videoda "Frozen", "Minions", "Doc McStuffins", "Thomas" və digər film qəhrəmanlarının parodiyası və qorxulu anları təsvir edilib.
Məsələn, "Youtube"dakı məşhur uşaq kanallarından birinin fotosunda animasiya qəhrəmanları göstərilsə də, həmin kanala daxil olanda "Qanlı Elza", "Hörümcək adam Elzanın qolunu sındırdı", "Çılpaq Hulk şalvarını itirdi" kimi videoları görmək mümkündür.
Bəzi videolar silinsə də, mütəxəssislər valideynləri diqqətli olmağa çağırır.
"YouTube" rəsmiləri isə açıqlama verərək bildiriblər:
"Şikayətləri ciddiyə alırıq. Problemli videolarla bağlı bizi xəbərdar edənləri diqqətə alırıq və bir videonu şikayət etməni asanlaşdırırıq. Şikayət edilən videolar analiz edilir və uyğun deyilsə, silinir. Valideynlərə məsləhət görürük ki, "YouTubeKids" proqramından istifadə etsinlər və parametrlərdə sərhədləri müəyyən etsinlər".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub