USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Yollardakı son vəziyyətlə bağlı açıqlama

11:05 28.01.2017
Yollardakı son vəziyyətlə bağlı açıqlama
11:05 28.01.2017
Qeyri-sabit hava şəraiti ilə bağlı əlaqədar səhər saatlarından etibarən "Azəravtoyol" ASC-nin Bakı şəhərində balansında olduğu küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına kifayət qədər maşın-mexanizm və texnika çıxarıb.
 
"Qafqazinfo" xəbər verir ki, qurumun yaydığı məlumata görə, qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib. Qısa müddət ərzində sözügedən yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib. Nəticədə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
 
Hazırda da yollarda vəziyyət normaldır.
 
Yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələrinjn hərəkətində problemlərin olması qaçılmazdır. Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda tıxacın yaranmasına gətirib çıxarırlar. Bu üzdən hazırlıqsız sürücülərin yollara çıxması məsləhət görülmür.

Xəbər lenti