Martın 31-də dənizdə fırtına gözlənilir. Artıq bu barədə SOCAR-a Milli Hidrometeorologiya Bürosundan telefonoqram göndərilib.
Mynews.az xəbər verir ki, SOCAR-ın mətbuat xidmətindən İstipress-ə verilən məlumata görə, bütün mədənlərə xəbərdarlıq edilib.
“Fırtına proqnozu səbəbindən yalnız operatorlar öz iş yerlərində olacaqlar. Hasilatı dayandırmaq olmaz axı. Allahın köməkliyi ilə heç nə olmaz”, - SOCAR-dan bildirilib.
Əldə etdiyimiz məlumata görə, martın 31-də dənizdə şimal küləyinin sürətinin saniyədə 38 metrdən yuxarı olacağı gözlənilir. Təhlükəsizlik tədbirləri çərçivəsində mədənlərdən, demək olar ki, işçilərin əksər hissəsi artıq bu gündən evakuasiya edilib. Operatorların sayı isə iki dəfə azaldılıb.
Qeyd edək ki, 2015-ci ilin 4 dekabr tarixində fırtına zamanı “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində 32 nəfər həlak olmuşdu.
2016-cı ilin dekabrında da eyni səbəbdən 10 nəfər itkin düşmüş, bu günə qədər onlardan yeddisinin meyiti tapılıb. Onlardan 7-si operator, 2-si maşinist, biri mexanik olub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub