Mynews.az xəbər verir ki, bunu həmin ərazidə yaşayan sakinlər bildiriblər.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb. Bakı şəhər sakini İsrail Cəlilov Biləcəri qəsəbəsində keçmiş həyat yoldaşı ilə barışmaq üçün onun yaşadığı ata evinə gəlib. Bu zaman keçmiş arvadının telefonuna naməlum zəng gəlib və bu səbəbdən də onlar arasında mübahisə baş verib. Qəzəbli halda olan ər Aysel Cəlilovanı hamam otağına çağırıb və orada bıçaqla boğazını kəsərək öldürüb. Məlumata görə, cütlük iki ay əvvəl boşanıbmış.
Əri tərəfindən boğazı kəsilən 22 yaşlı Aysel Cəlilova bu gün dəfn olunub. İstiPress-in hadisə yerində olan əməkdaşı xəbər verir ki, bir az əvvəl onun nəşi yaşadığı Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Xurşudbanu Natəvan küçəsi, 3 saylı evdən Biləcəri qəbiristanlığına aparılıb. Ailənin 1 və 3 yaşlarında iki azyaşlı uşağı var.
1
Zəhra Quliyeva və polkovnik Mədət Quliyev ayrıldı
1105 dəfə oxunub
2
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1085 dəfə oxunub
3
Bakıda ilk dəfə bu imtahanlar elektron qaydada keçiriləcək
1077 dəfə oxunub
4
Məhkəmə zalında həbs olundu
1076 dəfə oxunub
5
Türkiyə millisinin üzvü qəzada ölüb: Azərbaycan vətəndaşı saxlanıldı
1053 dəfə oxunub