Bakı-Sumqayıt yolundakı dəhşətli faciədə komadan ayılmayaraq dünyasını dəyişən 6-cı tələbə Lalə Nəsibzadənin anası Naibə xanım qızının ölümündən danışıb.
Naibə xanımın sözlərinə görə, həyat yoldaşı Yaşar telefonu onun əlindən alıb qəza xəbərini eşidincə elə ev paltarında palto-filan geyinmədən, evdən çıxıb.
"Yolda Lalənin telefonu ilə zəng edən oğlana zəng eləyib, o da deyib Masazır körpüsünün üstündədirlər. Sonra bildik oğlanın adı Bəhruzdur. O, hansısa zavodda işləyir. İşə gedəndə görüb ki, yolda qəza olub, yaralı vəziyyətdə hərə bir tərəfdə yıxılıb qalıb. Görüb ki, uzun saçlı bir qız qan içindədir. Lalə ayıq olub, telefonu koddan çıxarıb, Bəhruza uzadıb ki, atama zəng vur. Oğlan deyir, əliylə sağ tərəfini tutub, inildəyirmiş, hələ qanlı paltarlarına əlim gəlmir, açım, baxım. 40 dəqiqə orada qan içində qalıb. Tıxacdan çıxmaq mümkün olmayıb. Heç bir maşın saxlamayıb, amma ağ “Cip”də qadın sürücü saxlayıb. O da “Semaşko”da həkim olub. Məclisi yola verim, o həkimi də tapıb, minnətdarlıq eləyəcəm. Oğlan deyib, ən ağır vəziyyətdə olan bu qızdı. Lalə də ordakıların ən gənciymiş. Həmin xanım Laləni götürüb. Yoldaşım “Semaşko”nun qapısı ağzında ağ “Cip”dən saçları dağılmış bir qızın, huşsuz vəziyyətdə düşürüldüyünü görüb. Yaxınlaşıb ki, Lalədir...”
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub