USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Ad günündə əri tərəfindən öldürülən gəlinin valideynləri danışdı

18:14 31.03.2017
Ad günündə əri tərəfindən öldürülən gəlinin valideynləri danışdı
18:14 31.03.2017
Qəbələdə baş verən hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub. 32 yaşının tamamında qətlə yetirilən şəxs həm də bir uşaq anası idi. Qəbələdə Böyük Pirəli kənd sakini 35 yaşlı Ağababayev Vasif Akif oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 32 yaşlı Ağababayeva Afət Həsənağa qızını bıçaqlayıb.
 
 Mynews.az ARB TV-nin Şəki bürosuna istinadən xəbər verir ki, boynundan və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan Afət Ağababayeva hadisə yerində dünyasını dəyişib.
 
Afət Ağababayevanın bir azyaşlı uşağı var. Yaxınlarının sözlərinə görə, həmin gün mərhumun ad günü olub.
 
Həqiqət Baxşəliyeva – Mərhumun anası: "Yeyib-içib, çərşənbəni keçirəndən sonra, 2 dəfə telefonla danışıb dedi ki, "ana salamatçılıqdı? Dedim salamatçılıqdır”. Ölən günü, ayın 30-u ad günü idi. Guya mən rayondan, yoldaşımda işdən qayıdacaqdı ad gününə gedəcəkdik”
 
İlkin ehtimallara görə, hadisə qısqanclıq zəminində baş verib. Mərhumun atası, qızı ilə kürəkəni arasında daha öncələr də münaqişə olduğunu bildirir.
 
Həsənağa Baxşəliyev – Mərhumun atası: "2 dəfə uşağımı döyüb gətiriblər. Sonra gəlib yalvarıblar ki, qələt etmişik. Belə olan şey deyil axı. İstəmirdin boşanardın. Qanun var, boşa çıxsın getsin. Mən baxardım balama”
 
Hadisəni törədən şəxs tutulub.
 
Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
 

Xəbər lenti