"Sərnişinlə dolu vəziyyətdə hərəkət edən avtobusun sükanı arxasında telefonda oyun oynayan sürücünün davranışının motivasiyası barədə xeyli düşündüm. İnsana aid motivasiya tapmaqda çətinlik çəkdim".
Mynews.az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.

Ekspertin sözlrinə görə, bu barədə eşitdikdə gözü önündə belə bir mənzərə yaranıb: "Qəssabxananın qabağında bir dananı ayağından asıb soyurlar, bir az kənara bağlanan dana isə ona baxaraq gövşəyir. Anlamır ki, soyulanın əti qurtarandan sonra onun kəsilmə növbəsi olacaq. Avtobusu belə idarə edən "sürücü"nün beyni kənardan gələn informasiya üçün elə qəssabxananın yanındakı dananın beyni kimi qapalıdır. Bu adam bir dəfəyə 6 gənci öldürən sürücü barədə də eşitməyib. Hər gün olan qəzalar, sürücü intizamsızlığı, belə şeylərə görə cəzalar olması da bu adama gedib çatmayıb. Doğurdan faciədir".
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub