Rusiyanın Rostov vilayətinin quberantoru Vasili Qulubev azərbaycanlı oliqarx Araz Ağalarovun şirkətinin inşa etdiyi “Rostov-Arena” stadionuna baş çəkib.
Virtualaz.org xəbər verir ki, quberantor tikinti işlərinin qrafiki qabaqladığına əmin olduğunu deyib. “Bizim vəzifəmiz stadionu noyabrın 1-nə qədər açmaqdır”, - o bildirib.
Araz Ağalarovla birlikdə stadionun tikintisinin gedişini izləyən Qulubevin bildirdiyinə görə, indidən tikinti işlərini sürətləndirmək lazımdır ki, sonra qalan xırda-para işlərə də vaxt qalsın. “Bu cür örtük ancaq bizdə var, bir də Almaniyada. Bunu isə mənfi 5 dərəcədən aşağı temperaturda döşəmək olmaz, çünki mikroçatlar yaranır, ora su düşür, qaralır. Oturacaqlar da çox yaxşıdır, oturanda o tərəf-bu tərəfə yellənmir, əsas məsələ odur ki, çox möhkəmdir. “Biz “Krukus” şirkətinin rəhbəri Araz Ağalarovla birlikdə hətta xüsusi olaraq oturacaqların üstünə çıxıb tullandıq ki, sındıraq. Mən arıq adam deyiləm, buna baxmayaraq, sındıra bilmədik, alınmadı. Oturacaqlar 4 rəngdədir - sarı, mavi, qırmızı və ağ”, - qubernator deyib.
Araz Ağalarovun şirkəti “Rostov-Arena” ilə yanaşı, Kalininqradda da stadioun tikir. Bu stadionlar Rusiyada keçiriləcək 2018-ci il Futbol üzrə Dünya Çempionatı üçün nəzərdə tutulur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub