Ətin kiloqramının 12-13 manat olduğu bu günlərdə paytaxtda 1 manat 50, 1 manat 80 qəpiyə ət dönəri satılır. Bu qiymətləri müqayisə edənlərdə isə şübhə yaranır. Görəsən, belə dönəri satanlar nə qazanc əldə edirlər ki, işlərinə davam edə bilirlər. Yoxsa onların satdıqı ət heç də təmiz ət deyil?
Mynews.az Xəzərxəbər-ə istinadən məlumat verir ki, insanların sıx toplaşdığı yerlərdə cəmi 1,50 qəpiyə mal ətindən dönər satırlar.
Halbuki bazarlarda sümüksüz ətin bir kiloqramının qiyməti 12 manatdan başlayır.
Peşəkar dönərçilər bildirir ki, bir kiloqram ətdən cəmi 10-11 dönər hazırlamaq mümkündür. Bu isə 16 manat pul eləyir. Belə olduqda isə bu ətin haradan gətirildiyi və nə üçün bu qiymətə satıldığı maraq doğurur...
Dönərçilər isə bu qiymətə təmiz dönər satmağın mümkün olmadığını bildirirlər.
Dönərlə bağlı dövlət standartı da mövcuddur. Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin sözçüsü Fazil Talıblının sözlərinə görə, hazırda sahibkarlıq obyektlərinə yoxlamalar dayandırıldığından ciddi əsas olmadan onların fəaliyyətinə müdaxilə etməyə və sahibkarı cərimələməyə icazə verilmir. 2018-ci ilin yanvarın 1-dən etibarən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu məsələlərə daha ciddi nəzarət ediləcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub