Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.
Mynews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.
1
Zəhra Quliyeva və polkovnik Mədət Quliyev ayrıldı
1118 dəfə oxunub
2
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1098 dəfə oxunub
3
Məhkəmə zalında həbs olundu
1089 dəfə oxunub
4
Türkiyə millisinin üzvü qəzada ölüb: Azərbaycan vətəndaşı saxlanıldı
1065 dəfə oxunub
5
Ədliyyə Nazirliyindən sərt addım: "Azəriqaz" CƏRİMƏLƏNDİ
1059 dəfə oxunub