Bakıda faciəvi şəkildə ölən 17 yaşlı qızla bağlı qandonduran faktlar FOTO

4149
Bakıda faciəvi şəkildə ölən 17 yaşlı qızla bağlı qandonduran faktlar FOTO

X.Quliyev: "Qızım gözlərini bircə dəfə açdı, sanki mənimlə sağollaşdı..."

Natəvan Quliyevanın arzuları çox idi. Həyatı yeni dərk edən 17 yaşlı yeniyetmənin arzularından ən böyüyü isə jurnalist olmaq idi. Amma ötən gün ölkəni cənginə alan güclü külək onun arzularını yarımçıq qoydu, özünü isə ailəsindən alıb apardı. Yaşadığı binanın həyətində yıxıldığı yeri isə qırmızı qərənfillər bəzəyir...

Suraxanı rayonunun Hövsan qəsəbəsi E. Qasımov küçəsi ev 14, mənzil 75 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Natəvan Xankişi qızı Quliyeva ailənin 3-cü övladı, evin kiçik qızı idi. Ötən gün müşahidə edilən güclü külək zamanı yaşadığı yeddinci mərtəbədəki eyvana çıxan Natəvan yıxılaraq gözlərini əbədi yumub.

İstiPress əməkdaşları Natəvan Quliyevanın evində olub və atası Xankişi Quliyevlə həmsöhbət olublar. Ata bildirib ki, axşam saat 9 radələrində Natəvan hazırlıqdan gəlib: "3-cü qrupa hazırlaşırdı. Hazırlığa sinif yoldaşı ilə gedirdi. Elə o qızın valideyni gətirib yola salıb. Evə daxil olan kimi həmin sinif yoldaşı telefonuna zəng edib. Tez eyvana qaçıb. Yəqin nəsə deyirmiş. Ordan da yıxılıb".

Xankişi Quliyev deyir, yıxılan anda ilk olaraq qardaşı görüb: "Görüb ki, eyvanın o biri üzündədir, əlləri göydədir və saçları uçuq. Anası və qardaşı qaçıblar eyvana. Amma cata bilməyiblər. Düşüb birinci mərtəbədə betonun üstünə".
Hadisə baş verən an Natəvanın atası digər otaqda televizora baxırmış. Yüksək təzyiqdən əziyyət çəkən Xankişi Quliyev ilk olaraq elə başa düşüb ki, qızı liftdən yıxılıb: "Qışqırdılar ki, yıxıldı. Mən də təzyiqə görə bəzən yaxşı eşitmirəm. Elə bildim ki, liftdə yıxıldı. Qaçdım çölə. Dedilər ki, ora yox, eyvandan düşdü. Dondum qaldım. Çünki elə bildim ki, qızım hələ evə daxil olmayıb. Çünki həmişə evə qayıdan kimi gəlib mənimlə görüşürdü."

Elə bil mənimlə sağollaşmaq üçün açmışdı gözlərini

Bundan sonra ailə üzvləri həyətə düşüblər. Natəvanı qolları arasına ilk alan da atası olub. Qızın yıxılandan sonra ilk və son baxışı da bu anda olub: "Aldım qucağıma. Daş kimi olmuşdu. Qucağıma alıb, bir az aralıdakı otluğa gətirdim. Süni nəfəs verməyə başladım. Gözlərini açdı. Elə bil torlanmışdı gözləri, baxdı üzümə və yumdu... Elə bil mənimlə sağollaşmaq üçün açmışdı gözlərini."

Sonra ata qızına süni nəfəs verməyə davam edir. Deyir, süni nəfəs verdikcə hiss etdim ki, nəfəs almağa başladı. Mədəsi qalxıb-enirdi.

Natəvan hadisə yerinə gələn təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya aparılır. İlkin müayinə zamanı həkimlər müəyyən edirlər ki, qızın ağciyəri və qaraciyəri parçalanıb. Amma həkimlər ümidlərini itirmirlər. O dərhal əməliyyata götürülür. Sən demə, Natəvanı bu dünyadan alan ölüm səbəbi şəvə kimi uzun və qalın saçlarının altında gizlənibmiş. Bunu da atası deyir: "Yerə düşəndə arxası üstə yıxılıb. Başının arxası tamam girib içəri. Sacları o qədər qalın və uzun idi ki, heç onu görməmişik. Beyni partlayıb. Ona görə də xilas edə bilmədik qızımı".

Artıq Natəvan Quliyeva torpağa tapşırılıb. Hazırda baş verən hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Bakıda faciəvi şəkildə ölən 17 yaşlı qızla bağlı qandonduran faktlar ...FOTOMənbə: istipress
Bakıda faciəvi şəkildə ölən 17 yaşlı qızla bağlı qandonduran faktlar ...FOTO

Bakıda faciəvi şəkildə ölən 17 yaşlı qızla bağlı qandonduran faktlar ...FOTO

Bakıda faciəvi şəkildə ölən 17 yaşlı qızla bağlı qandonduran faktlar ...FOTO

Bakıda faciəvi şəkildə ölən 17 yaşlı qızla bağlı qandonduran faktlar ...FOTO

Bakıda faciəvi şəkildə ölən 17 yaşlı qızla bağlı qandonduran faktlar ...FOTO

Xəbər lenti