Azərbaycanda çimərliklərin yaxınlığında pulsuz avtodayanacaqlar quraşdırılacaq. Bu barədə “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nda qeyd edilib.
Tədbirlər Planına əsasən, 2017-2020-ci illərdə çimərlik operatorlarının istifadəsində olan çimərlik sahələrinin dənizə çıxış yerlərində standartlara uyğun məlumatlandırma lövhələri quraşdırılacaq. Həmin ərazinin yaxınlığında nəqliyyat vasitələri üçün pulsuz avtodayanacaqların salınması ilə bağlı tədbirlər görüləcək.
Mynews.az xəbər verir ki, bununla bağlı Metbuat.az-a açıqlama verən yol eksperti, hüquqşunas Ərşad Hüseynov bildirdi ki, marketinq siyasətinin tərkib hissələrindən biri də avtomobillər üçün rahat və əlverişli parklanma yerlərinin olmasıdır:
“Dünyanın hər yerində avtomobilləşmə gedir. Azərbaycanda isə bu proses hələ təzə başlayıb. Dünyada avtomobil parklanması olmayan obyeklərə insanlar üz tutmurlar. Hətta Amerikada avtomobil parklanmaı olmayan marketlərə heç kim getmir. Ona görə, turizm inkişaf etdirmək istəyiriksə, turizm obyektlərinin rahat , əlverişli və istifadəyə yararlı saxlanma yerləri olmalıdır. Təkcə çimərliklərin deyil, imkan daxilində turizm obyektlərinin hamısında yaradılmalıdır”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub