Kəlbəcərin işğalından 24 il ötür
Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 24 il keçir.
Mynews.az Apa.az-a istinadən verdiyi məlumatına görə, Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib.
Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv. km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.
Ermənilər Kəlbəcərin Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və daha neçə-neçə mədəni-tarixi abidəni də dağıdıblar.
Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə, o cümlədən sonradan qəbul olunmuş daha 3 qətnamə yerinə yetirilməyib.
Bununla yanaşı, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.
Cəmiyyət
- Avtomobildən bayıra əşya atanlar cərimələnəcək
- Siqaret kötüklərini yerə atanların nəzərinə! - cəriməsi 6 dəfə qalxdı
- DYP-dən yağışlı havaya görə MÜRACİƏT
- Arvadını TikTok-da CANLIYA çıxardı: Kişilərin qadına dedikləri qarşısında ərin reaksiyası ŞOK ETDİ
- Onlayn dələduzluq əməlləri sürətlə yayılır - XƏBƏRDARLIQ - VİDEO
- Sabah Cəbrayıla ilk köç olacaq
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Siqaret kötüklərini yerə atanların nəzərinə! - cəriməsi 6 dəfə qalxdı 1041 dəfə oxunub
- 15 yaşlı qızı öldürən Kənan intihar edibmiş - Sevinc qətlə yetirilərkən hamilə olub 1040 dəfə oxunub
- 4-cü kurs tələbəsinin meyiti tapıldı 1025 dəfə oxunub
- Avtomobildən bayıra əşya atanlar cərimələnəcək 1007 dəfə oxunub
- Faciəvi şəkildə ölən İlahə tanınmış sənətçinin qızı imiş 1002 dəfə oxunub