Ötən il aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Əbdülməcid Axundovun anası Ceyran Axundova öz feysbuk səhifəsində Şəhid oğluna ünvanladığı məktubu paylaşıb.
Şəhid anasının ürəkdağlayan bu məktubu hər kəsi təsirləndirib:
"Canım oğlum...ciyərparam mənim...
1 il sənsiz... Heç bilmədim bu 1 il necə gəldi... Günləri sayırdım ki, nə vaxt qurtarıb gələcəksən... Vaxt keçmirdi heç o zaman... Amma sənsiz bu 1 il elə tez gəldi ki... Həyatım alt-üst oldu... Paramparça oldum, canım oğlum... Dərdini ağırlıqdan daşımağa gücüm qalmayıb... Acını acılıqdan uda bilmirəm... Amma səni indi hamı sevir... Sənə görə məni hamı tanıyır...
Bir zaman mən səni danlayanda mənə demişdin "Baxarsan, vaxt gələcək sizi mənə görə tanıyacaqlar"...
Elə də oldu, can bala... Özün elə bil taeyini əvvəldən bilirmişsən... Ruhun şad olsun, məkanın cənnət olsun...
CƏNNƏTDƏ GÖRÜŞƏNƏDƏK"

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub