Azərbaycanda satılan yumurtanın qiymətində kəskin ucuzlaşma müşahidə edilir.
Mynews.az Xəzər TV-yə istinadən xəbər verir ki, əvvəllər 17-18 qəpiyə satılan yumurta indi 7 qəpikdən təklif edilir. Satıcılar bunu məhsulun bolluğu ilə əlaqələndirirlər.
Həm bazarda, həm marketlərdə yumurtalar böyüklüyündən asılı olaraq 9, 8, hətta 7 qəpikdən satılır. Məhsulun qiyməti son bir neçə gündə kifayət qədər ucuzlaşıb.
Satıcılar bunu quşçuluq şirkətləri arasındakı rəqabətlə izah edirlər. Ucuzlaşma kənd yumurtalarında da özünü göstərir. Satıcılar qiymətin ucuzlaşmasını məhsulun bolluğu ilə əlaqələndirirlər. Vəziyyətdən isə həm alıcılar, həm satıcılar məmnundurlar.
Quşçular cəmiyyətinin sədri Aydın Vəliyev də yumurtanın qiymətinin aşağı düşməsinin istehsalın artması ilə əlaqəli olduğunu bildirdi. Sədr qeyd etdi ki, bu məhsulun qiyməti istehsalçılardan asılıdır və cəmiyyət bu məsələyə nəzarət etmir. Oxu.Az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub