Babək prospekti və M.Hadi küçəsinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılır.
“Azəravtoyol” ASC-dən Mynews.az-a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq Məhəmməd Hadi küçəsinin Babək prospekti ilə kəsişən hissəsində, həmçinin Babək prospektinin şəhər istiqamətinə doğru Məhəmməd Hadi küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır.
Məhdudlaşdırma təmir işlərinin aparıldığı zolaq üzrə tətbiq edilir, digər zolaqlar üzrə isə hərəkət açıq olaraq qalır. Sözügedən ərazilərdə asfalt-beton örtüyünün yenilənməsi işləri 2 gün ərzində davam etdiriləcək.
Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq həmin istiqamətlərdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub