Mayda Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətləri rəhbərlərinin görüşü keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov Bakı-Tbilisi-Qars layihəsinin gömrük məsələləri üzrə üçtərəfli texniki görüşündə deyib.
Ş.Bağırov qeyd edib ki, görüşdə dəmiryolu dəhlizinin istismara verilməsindən sonra gömrük orqanlarının fəaliyyət formaları müəyyən ediləcək:
"Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi üzrə işlərin böyük əksəriyyəti artıq görülüb, Gürcüstan və Türkiyə ərazisində cüzi işlər qalıb. Bu da yaxın aylarda başa çatacaq. Mayda Bakıda gömrük orqanları rəhbərlərinin görüşü baş tutacaq və müvafiq memorandum imzalanacaq".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub