Sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 2-5° isti, gündüz 10-15° isti, Bakıda gecə 3-5° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 50-55% təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 4-5-də Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 6-da gündüz atmosfer təzyiqinin bir qədər enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
1
Zəhra Quliyeva və polkovnik Mədət Quliyev ayrıldı
1118 dəfə oxunub
2
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1098 dəfə oxunub
3
Məhkəmə zalında həbs olundu
1089 dəfə oxunub
4
Türkiyə millisinin üzvü qəzada ölüb: Azərbaycan vətəndaşı saxlanıldı
1065 dəfə oxunub
5
Ədliyyə Nazirliyindən sərt addım: "Azəriqaz" CƏRİMƏLƏNDİ
1059 dəfə oxunub