Türkiyənin Kilis bölgəsində yaşayan 53 yaşlı Hatice Civelek artıq çəkidən əziyyət çəkir.
Mynews.az -ın məlumatına görə, 6 uşağı, 13 nəvəsi olan Hatice 185 kiloqram çəkiyə çatıb və o, bu xəstəlikdən xilas olmaq istəyir.
Müalicə olunmaq üçün maddi imkanının çatmadığını bildirən qadın rahat nəfəs ala bilmir, yatmır, yeriyə bilmir, gecə-gündüz süni nəfəs aparatına bağlı olaraq yaşayır. O, son çarə kimi ölkə prezidenti Rəcəb Tayyip Ərdoğandan, Səhiyyə nazirindən yardım istəyib:
"Səsimi eşitsinlər. Hər gün ölürəm, sürünürəm. Astma xəstəsiyəm, 2 dəfə ürək əməliyyatı keçirmişəm, 4 dəfə qolum sınıb. Qolumda, ayağımda platin daşıyıram. Evimi satışa qoydum, borcla aldığım evi sata bilmirəm. Müalicə üçün dərman qəbul etdim, 10 kiloqram daha kökəldim".
Axşam.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub