Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə maliyyə çətinlikəri ilə üzləşib.
Mynews.az-ın məlumatına görə, deputat partiya üçün kirayə götürdüyü, Nəsimi rayonu, Sabit Rəhman küçəsi 7 ünvanında yerləşən dəbdəbəli villadan çıxmaq məcburiyyətində qalıb.
A.Mollazadənin 10 ildən artıq bir müddətdə qərarlaşdığı ofis-villadan çıxmasına səbəb kimi ciddi maliyyə çatışmazlıqlarının olduğu bildirilir. Məlumata görə, o, partiyanın qərargahında çalışanların maaşlarını tamamilə kəsib, maliyyələşdirdiyi bəzi layihələrdən imtina edib. Hazırda ADİP-də anlaşılmaz bir vəziyyət hökm sürür.
Əldə etdiyimiz məlumata görə, partiya sədri, deputat seçildiyi Nəsimi rayonu ərazisində daha uyğun qiymətə kiçik ofis axtarışındadır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub