Bakının Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sabiq rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynov haqqında yayılan məlumata münasibət bildirib.
Mynews.az xəbər verir ki, C. Hüseynov “Report”a açıqlama verib. O deyib ki, bölmənin əməkdaşı polis kapitanı Rüfət Qasımov 20 Yanvar – Ümumxalq Hüzn Günü rəhbərliyin icazəsi olmadan xidməti yerini tərk edib: “Rüfət Qasımov iki nəfərə qarşı qeyri-qanuni əməliyyat keçirib və onlardan rüşvət alıb”.
C. Hüseynov bildirib ki, bu əmələ görə Rüfət Qasımov işdən və daxili işlər orqanlarından çıxarılıb: “Tabeçiliyimdə olan əməkdaş bu cür əmələ yol verdiyinə görə mən də sərəncama götürüldüm. Həmin qanunsuz əməliyyatda mənim iştirakımla bağlı yayılan məlumatlar yanlışdır”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub