Azərbaycan-Rusiya sərhədində yenə yük avtomobillərinin uzun növbəsi yaranıb, amma bu dəfə səbəb fərqlidir. Hər iki tərəfin gömrük buraxılış məntəqələrində hər hansı çətinlik yaşanmır.
Mynews.az Xəzər TV-yə istinadən məlumat verir ki, yüzlərlə sürücü Dağıstan ərazisində daşa tutulmaq qorxusundan Rusiya tərəfinə keçə bilmir.
Sürücülər deyirlər ki, sərhəddən Dağıstan ərazisinə keçən kimi avtomobilləri daşa basırlar və nəticədə avtomobillərə ciddi ziyan dəyir, sürücülər isə xəsarət alır.
Rusiyada yükdaşıma qaydalarına təklif edilən dəyişikliklər layihəsi bu ölkədə sürücülərin narazılığına səbəb olub. Etiraz əlaməti olaraq bəzi sürücülər işləməkdən imtina ediblər.
Aksiyaların təsirli olması üçün digər ölkələrdən Rusiyaya yük daşıyan avtomobillərin sürücülərini də onlara dəstək verməyə və işi dayandırmağa çağırırlar. Bununla razı olmadıqda isə avtomobilləri daşa basırlar. Son günlərdə bu hal daha da artıb. 30-a yaxın avtomobilə ziyan vurulub, şüşələri sındırılıb, təkərləri isə boşaldılıb. Daşlanmalar səbəbindən xəstəxanaya düşən sürücülər də var.
Xaçmaz Gömrük İdarəsindən bildirilib ki, hazırda Rusiya tərəfi ilə danışıqlar aparılır, problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Oxu.az
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub