Bu gün Bakı metrosunda təhlükəsizlik xəttini keçdiyi üçün qatarın zərbəsi ilə yaralanmış qadın 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Mynews.az xəbər verir ki, xəstəxanın baş həkimi Ədalət Dadaşov Trend-ə açıqlamasında bildirib ki, hadisə nəticəsində xəsarət alan Adıgözəlova Rəfiqə Zeynəlabdin qızına “qapalı kəllə-beyn travması, topuğun sınığı” diaqnozu təyin edilib və xəstəxananın reanimasiya şöbəsində yerləşdirilib.
Baş həkimin sözlərinə görə, hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilsə də, həyatı təhlükəsi yoxdur.
Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.
13:24
Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında qatar sərnişini vurub.
Mynews.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda sərnişinlərdən biri məlumat verib.
Onun bildirdiyinə görə, hadisə nəticəsində platformanın kənarında dayanmış orta yaşlı qadın ağır xəsarət alıb.
Təcili tibbi yardım maşını hadisə yerinə 25 dəqiqə sonra çatıb.
Qadın xəstəxanaya aparılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub