“Azərbaycanda “AA” seriyalı nömrə nişanları yalnız dövlət orqanlarına məxsus avtomobillərə deyil, həm də hüquqi şəxslərə verilir”.
Mynews.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev Modem.az-a deyib.
Kamran Əliyev deyib ki, hazırda “AA” nömrə nişanlı avtomobillər həm özəl, həm də dövlət sektoruna məxsusdur:
“Yəni “AA” seriyası hamının zənn etdiyi kimi, yalnız dövlət orqanlarına məxsus olan avtomobillərə aid qeydiyyat nişanı deyil. Bu, şərti olaraq ona görədir ki, hüquqi və fiziki şəxslərə verilən nəqliyyat vasitələrinə aid dövlət qeydiyyat nişanlarını müəyyənləşdirmək mümkün olsun.
Burada konkret olaraq A, B, C hərflərinin olması mütləq deyil. Bir çox hərflərlə başlayan seriyalar var ki, onlar da hüquqi şəxslərə məxsusdur. Bu, elə bir ciddi önəm daşımır. Sadəcə belə qəbul olunub ki, “AA”, “AB”, “AC” seriyası hüquqi şəxslərə məxsus nəqliyyat vasitələri, digər hərflərlə başlayanlar isə fiziki şəxslər üçün nəzərdə tutulub”.
Şöbə rəisi, həmçinin bildirib ki, adi vətəndaşlar - fiziki şəxslər bu seriyadan olan nömrəni ala bilməzlər:
“Amma istənilən hüquqi şəxsə bu nömrə verilə bilər. Eyni zamanda, dövlət orqanında çalışan dövlət qulluqçularının xidməti avtomobillərinə də “AA” seriyalı nömrə nişanı verilir. Çünki konkret olaraq bu seriyaların hüquqi şəxslərə verilməsi nəzərdə tutulub. Ona görə fiziki şəxs istəsə də, “AA” seriyalı nömrə ala bilməz”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub