Çaylarda hazır ki vəziyyət

480
Çaylarda hazır ki vəziyyət

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-200, Kiçik Qafqazın çaylarında 160-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-80 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ,  yanvarın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 138 kubmetr olmaqla ongünlük normanın 88 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 53 kubmetr olmaqla, ongünlük normanın 79 faizini təşkil edir.

Yanvarın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 25, Salyanda 2, Araz çayının Novruzlu məntəqəsində 11 sm artım, Şirvanda və Bankədə isə 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 444 sm, Şirvanda 289 sm, Salyanda 251 sm, Bankədə 215 sm, Araz çayının Novruzlu məntəqəsində isə 159 sm təşkil edir. Mynews.az

Xəbər lenti