Baltimor-Los Anceles marşrutu ilə uçan təyyarənin göyərtəsində sərnişinlər arasında dava düşüb.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, iki qadın sərnişinin yüksək səslə musiqi dinləməsi kənardakı sərnişinləri narahat edib. Narahatlıqlarını bildirən sərnişinlərlə musiqi dinləyənlər arasında mübahisə yaranıb.
Mübahisə edən qadınlar sonradan saçyolmaya çıxıblar. 5 qadın sərnişin bir-birini təhqir edərək əlbəyaxa olublar. Qadınların davasına digər sərnişinlər müdaxilə etməyib.
Təyyarə hadisə səbəbilə təcili eniş edib. Polis əməkdaşları tərəfindən ifadələri alınan 5 qadın sərbəst buraxılıb.
Bəziləri həmin hadisəni anbaan lentə alaraq sosial şəbəkələrdə paylaşıb.
Həmin görüntüləri təqdim edirik:
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub