“NTV+” kanalının Azərbaycanda yayımlanması qanunsuzdur”.
Mynews.az Modem.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
MTRŞ sədri bildirib ki, bununla bağlı məhkəmələrə və digər aidiyyəti orqanlara müraciət olunub.
“Buna baxmayaraq, həmin kanal müxtəlif yollarla öz qanunsuz fəaliyyətini həyata keçirir”.
O deyib ki, bəzi kabel şəbəkəsi yayımçıları da qanunsuz fəaliyyət göstərirlər.
“Çoxmərtəbəli binaların əksəriyyətində kabel yayımı ilə məşğul olurlar. Bizim də imkanımız yoxdur ki, onları bir-bir yoxlayaq. Bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Baş Prokurorluğa və digər dövlət qurumlarına müraciət olunub”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub