“Expressbank”ın Visa kartları ilə dünyanın ən məşhur televiziya müsabiqələrindən biri olan Avroviziya Mahnı Müsabiqəsininin yarımfinalını canlı izləmək üçün Kiyev şəhərinə VİP səfər hədiyyə qazana bilərsiz.
Bunun üçün sadəcə bankın Visa ödəniş kartları ilə respublika ərazisində və ya xaricdə istənilən ticari-xidmət müəssisəsində, həmçinin internet şəbəkəsində məhsullar və ya xidmətlər üzrə istənilən məbləğdə nağdsız əməliyyat aparmaq və tranzaksiyanı www.visa.com.az saytında onlayn qeydiyyatdan keçirtmək yetərlidir.
Lotereya 6 mart - 20 aprel 2017-ci il tarixlərində “Expressbank”ın istənilən Visa kartı ilə ödəniş edən müştərilər arasında keçirilir. Lotereyanın şərtlərinə əsasən, 5 iştirakçı VIP səfər qazana biləcək.
Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər “Visa Electron” kartlarını 6 AZN, “Visa Classic” kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə “Visa Gold”, 800 AZN ilkin mədaxil ilə isə “Visa Platinum” kartlarını pulsuz sifariş etmək mümkündür.
Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya “ExpressClub” layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub