Azərbaycan Respublikası Ali Məhkəməsində ANS ÇM-in kasassiya şikayətləri üzrə prosses keçirilib. İstiPress-in məhkəmədə olan əməkdaşı xəbər verir ki, artıq 2 şikayətə baxılıb. Heç birisində şikayət təmin edilməyib. Buna görə ANS rəhbərliyi hakimlərə etiraz edərək onların tərkibinin dəyişdirilməsini tələb edib. Hazırda kassasiya şikayətlərinin davam etdirlməsi üçün ANS Şirkətlər Qrupunun hakimlərin dəyişdirilməsinə dair şikayətinə baxılır. Baxılan şikayətlər ANS ÇM-ə dəymiş maddi ziyan və ANS Kommers-in hüquqi şəxs kimi məhkəmədə iştirakına icazə verilməməsi ilə bağlıdır.
Məhkəmənin sonunda ANS rəhbərliyinin etirazından sonra hakimlərin dəyişdirilməsi ilə bağlı şikayət qəbul edildi. Hakimlər məhkəmənin təxirə salındığını bildirərək növbəti məhkəmə prosesinin elan ediləcəyini dedilər və zalı tərk etdilər.
11:56
Bu gün saat 16:15-də Azərbaycan Respublikası Ali Məhkəməsində ANS ÇM-in kasassiya şikayətləri üzrə prosses keçiriləcək.
Mynews.az Big.az-a istinadən verdiyi məlumata görə, kasassiya şikayəti Milli Teleradio Şurasının 18 iyul 2016-cı il tarixli ANS ÇM-in Lisenziyasına xitam verilməsinə dair qərarından verilib.
Belə ki, Milli Teleradio Şurasının 18 iyul 2016-cı il tarixli şikayəti əsasında ANS ÇM-in Lisenziyasının xitam verilməsinə dair qərar qəbul edilib. Sonradan ANS ÇM-in bununla bağlı Apellyasiya Məhkəməsinə müraciəti təmin edilməmişdi.
Bu gün isə Ali Məhkəmədə hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə Apellyasiya Məhkəməsinin qərarından şikayətə baxılacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub