Azərbaycanda bundan sonra təmirsiz yaşayış sahələrinin alınmasına da ipoteka krediti veriləcək.
Mynews.az Xezerxeber.az-a istinadla məlumat verir ki, bu, dövlət başçısının imzaladığı fərmanda öz əksini tapıb. Ekspertlər düşünür ki, bu, dövlətin həyata keçirdiyi mənzil siyasətinin reallaşdırılmasına dəstək olacaq. Bu, Mənzil İnşaatı Dövlət Agentliyinin tikdiyi binalara da tətbiq oluna bilər.
Dəyişikliklər güzəştli ipoteka alanlara daha az ilkin ödəniş imkanı verəcək. Ötən ilə qədər ilkin ödəniş ümumi məbləğin 15 faizi həcmində idisə, bundan sonra 10 faiz olacaq.
İndiyədək Azərbaycanda ipoteka krediti yalnız təmirli və sənədi olan evlərə verilib. Təmirsiz evlərə ipoteka krediti verilməsi alanlara öz zövqlərinə uyğun təmir fürsəti verəcək. Habelə təmirli evi alıb yenidən əl gəzdirməkdən də xilas edəcək.
1
Zəhra Quliyeva və polkovnik Mədət Quliyev ayrıldı
1118 dəfə oxunub
2
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1098 dəfə oxunub
3
Məhkəmə zalında həbs olundu
1089 dəfə oxunub
4
Türkiyə millisinin üzvü qəzada ölüb: Azərbaycan vətəndaşı saxlanıldı
1065 dəfə oxunub
5
Ədliyyə Nazirliyindən sərt addım: "Azəriqaz" CƏRİMƏLƏNDİ
1059 dəfə oxunub