“Azəravtoyol” ASC-nin Yolların İstismarı Proqramı layihəsində Texniki dəstək üzrə məsləhətçi vəzifəsində çalışan 74 yaşlı Robert C. Butler Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Beynəlxalq Triatlon Çempionatında ən yaşlı iştirakçı olaraq 1-ci yerə layiq görülüb.
“Azəravtoyol” ASC-dən Mynews.az-a verilən məlumata görə, Robert C.Butler bu nailiyyəti 1500 metr məsafəyə üzməklə, 40 km məsafəni velosipedlə qət etməklə və 10 km məsafəyə qaçmaqla əldə edib. O, bunu 70 yaşdan yuxarı iştirakçılar arasında 2 saat 56 dəq. 17 saniyə göstəricisi ilə yerinə yetirməyə müvəffəq olub. Bu nəticə ilə 60 yaşdan yuxarı iştirakçılar arasında isə 11-ci olub.
Qeyd edək ki, Robert C. Butler 2009-cu ildə 66 yaşında Avstriyada keçirilən anoloji beynəlxalq yarışda dayanmadan 12 saat ərzində 3,8 km məsafəni üzərək 180 km məsafəni velosipedlə və 42 km-lik məsafəni qaçaraq qət etməyə müvəffəq olub.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub