Südəmər uşaq olan ailələrdə bəzi hallarda münaqişələr baş verir. Məhkəmə tərəflərə boşanmanın həyata keçirilməsi üçün 1 il gözləməyi məsləhət görür. Bəs bu ərəfədə uşağı ilə tək yaşayan qadın və ya kişi aliment ala bilərmi?
Mynews.az Xəzərxəbərə.az-a istinadla məlumat verir ki, boşanmadan da aliment almaq mümkündür.
Ailə münaqişəsi zamanı ya kişi ailəni tərk edir, ya da qadın uşaqlarını atalarının öhdəliyinə atıb gedir. Uşaq südəmər olarsa, 1 yaşına çatmadığı təqdirdə çox zaman məhkəmə onların boşanması barədə qərar çıxarmır. Bu zaman rəsmi nikahda olmağınıza baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət etməlisiniz.
Ailə Məcəlləsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. Nikahın pozulub-pozulmaması alimentin miqdarına təsir etmir. Qanunvericilik qarşı tərəfə boşanmaya qədər alimenti ödəməyi tələb kimi qoyur. Aliment ailədəki uşaqların sayından asılı olaraq daha artıq müəyyənləşə bilər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub