Azərbaycanda daha bir vətəndaş maraqlı iddia ilə məhkəməyə müraciət edib.
Mynews.az Femida.az-a istinadən xəbər verir ki, Bakı sakini Əsgərova Fəridə Faiq qızı 8 il dalbadal tələbə adını qazanmaq üçün imtahan varib. Hər dəfə test imtahanından kəsilən vətəndaş növbəti il test imtahanınan tələb olunan balı toplayıb. Aktyorluq ixtisası üzrə təhsil almaq istəyən Fəridə Əsgərova qabilliyyət imtahanına buraxılmayıb. Buna səbəb kimi isə onun seçdiyi qiyabi təhsil üzrə yaşının tələb olunan normalardan az olması göstərilib. Bu qərardan narazı qalan vətəndaş Dövlət İmtahan Mərkəzini (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) məhkəməyə verib. O məhkəmədən 95 min manat məbləğində təzminat tələb edib.
Bakı Apellyasiya məhkəməsində hakim Hәmid Hәmidovun sədrliyi ilə keçirilən prosesdə vətəndaşın iddiası təmin olunmayıb. Bundan sonra Fəridə Əsgərovanınatası və yaxınları hakimə etiraz ediblər. Bununla ürəyi soyumayan valideyn hakimə "Sizi Allaha tapşırıram, Allahın dәrgahında nә deyәcəksәn” deyib. Valideyn 95 min manat təzminatla övladını xaricdə oxutmaq niyyəti olduğunu da deyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub