Aprelin 4-də Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında qatar vuran qadının səhhəti normallaşıb.
Mynews.az xəbər verir ki, bu barədə trend-ə xəstənin müalicə olunduğu 1 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Ədalət Dadaşov məlumat verib.
Baş həkim bildirib ki, hadisə nəticəsində xəsarət alan qadın hazırda reanimasiya şöbəsindən palataya köçürülüb:
"Hadisənin baş vermə səbəbləri məlum olub. Əvvəl deyirdilər ki, guya qadın intihara cəhd edib. Amma araşdırma zamanı məlum oldu ki, bu, intihara cəhd deyil. Sadəcə, qatar gözləyən qadının qəfil təzyiqi qalxıb və o, müvazinətini saxlaya bilməyərək platformaya daxil olan qatarın güzgüsünə dəyib. Hazırda onun vəziyyətində həyatı üçün təhlükə yoxdur, müalicəsi davam etdirilir".
Qeyd edək ki, hadisə aprelin 4-də günorta saatlarında metronun "20 yanvar" stansiyasında baş verib. Təxminən 55-60 yaşlı Adıgözəlova Rəfiqə Zeynəlabdin qızı qatar platformaya yaxınlaşarkən platformanın təhlükəsizlik xəttini keçib və bu zaman qatarın güzgüsü qadına dəyib.
Hadisə yerinə dərhal təcili-tibbi yardım briqadası çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub