Dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərcləri, o cümlədən təqaüd xərclərinin ali məktəblərin hesabına köçürülməsi aprelin 5-də tam başa çatdırılıb”.
Mynews.az xəbər verir ki, bunu ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin gecikdirilməsi ilə bağlı yayılan xəbərlərə dair APA-nın Maliyyə Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq nazirliyin ictimaiyyətlə əlaqələrə sektorunun müdiri Mayis Piriyev bildirib.
M.Piriyevin sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinin 30 mart 2017-ci il tarixli 233s nömrəli sərəncamı ilə təsdiq olunmuş dövlət sifarişi ilə kadr hazırlığının maliyyələşdirilməsi üçün xərclərinin ali təhsil və digər müəssisələr üzrə bölgüsü 3 aprel tarixində Maliyyə Nazirliyinə təqdim edilib:
“Təhsil Nazirliyi tərəfindən təqdim olunan bölgülərə uyğun olaraq Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən həmin vəsaitin 4 aylıq hissəsinin maliyyələşdirilməsi 2017-ci il 5 aprel tarixində tam başa çatdırılıb. Aprelin 6-dan etibarən isə ali məktəblər tərəfindən təqaüd almaq hüququ qazanmış tələbələrin kartlarına ödənişlərin köçürülməsinə başlanılıb”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub