Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 və 2 saylı xüsusi internat məktəblərində olub.
Mynews.az-ın məlumatına görə, internat məktəblərində təlim-tərbiyə alan uşaqlarla görüşən Leyla Əliyeva tədris korpuslarındakı mövcud şəraitlə tanış olub, uşaqların təhsili və asudə vaxtlarının təşkili ilə maraqlanıb.
12 saylı internat məktəbinin yetirmələri hazırladıqları müxtəlif bədii proqram, şeir və rəqs nömrələri təqdim ediblər.
Daha sonra 2 saylı internat məktəbinə gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ibtidai və yuxarı sinif şagirdlərinin təhsil prosesi ilə maraqlanıb.
İnternat evinin yetirmələri müxtəlif səhnəciklər, o cümlədən vətənpərvərlik mövzusunda kompozisiya və rəqs nömrələri ilə çıxış ediblər.
Leyla Əliyeva, eyni zamanda, 12 və 2 saylı internat məktəblərində uşaqların müxtəlif əl işləri ilə tanış olub.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub