"Bundan sonra Özcan Dənizi Azərbaycana dəvət edən, onun filminə və ya konsertinə gedən şərəfsizdir.”
Mynews.az xəbər verir ki, bunu mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli Türkiyə sənətçisi Özcan Dənizin erməni dilində mahnı oxunmasına münasibətində deyib. Rəşad Kəsəmənli Özcan Dənizə haqq qazandıranlara daha ağır söz deyəcəyini vurğulayıb:
"Bu da Bakıya gələndə bəzi "şərəflilərin” az qala qucağına atılacağı Özcan Dəniz. Artıq ikinci dəfə oxuduğu erməni mahnısı ilə bir daha sübut edir ki, mənim qanımda erməni qanı var. Kim özünə götürürsə, getsin. Heç olmasa şəhidlərin ruhuna hörmətiniz olsun.”
Türkiyə müğənnisi Özcan Dəniz ikinci dəfə erməni dilində mahnısı ifa edib.