İlk diaqnostik qiymətləndirmə 16-21 apreldə Bərdə Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırovun nazirlikdə ölkənin 26 şəhər və rayonunun dövlət ümumitəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 5 gün ərzində keçiriləcək qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumitəhsil müəssisələrində çalışan müəllimlər iştirak edəcək: ”Ağstafa, Tovuz və Qazax rayonlarının ümumitəhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi 25-27 apreldə Tovuzda, Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin qiymətləndirilməsi 1-6 mayda Qax rayonunda təşkil olunacaq”.
Eşqi Bağırov qeyd edib ki, 12-17 mayda Mingəçevirdə keçiriləcək diaqnostik qiymətləndirmədə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələrinin müəllimləri iştirak edəcək: "Bakı şəhərində keçiriləcək diaqnostik qiymətləndirmə isə iki gün davam edəcək. 24-25 mayda keçiriləcək qiymətləndirməyə Bakı şəhərindəki Zəngilan, Xocavənd, Cəbrayıl, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli və Laçın rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlər cəlb ediləcək”.
Nazirlik rəsmisi onu da əlavə edib ki, 45 minə yaxın müəllim imtahanlara cəlb olunacaq: "Onların əmək haqları 2018-ci ilin yanvar ayından artımla ödəniləcək”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub