Ermənistanda Türkiyədən gətirilən pomidorlar satılır.
Mynews.az modern.az-a istinadən xəbər verir ki, həmin pomidor qutularının üzərində "Karabax" yazılması diqqət çəkib.
Bu, Ermənistanda narazılığa səbəb olub. Bəzi erməni şirkətləri sözügedən ixracın yerli istehsala mane olduğunu iddia edib. Eyni zamanda, pomidor qutularının üzərində "Karabax" yazılması da erməniləri hiddətləndirib.
Məlum olub ki, Ermənistana pomidor ixrac edən şirkətin adı "Sahtu Tarım Ürünleri" Antalyada fəaliyyət göstərir.
Məlumata görə, bu şirkət ailə biznesi çərçivəsində fəaliyyət göstərir. Şirkətin sahibləri Sevda adlı azərbaycanlı və onun türk həyat yoldaşıdır.
Sevda bildirib ki, onların şirkəti Gürcüstan, Ukrayna və Azərbaycana kənd təsərrüfatı malları ixrac edir. O qutuların üzərində rusca "Karabax" yazılması məsələsinə də aydınlıq gətirib: ""Karabax" adı şirkətin əmtəə nişanıdır. Yazının rusca olması isə ona görədir ki, ixracatın əsas hissəsi postsovet məkanının bir neçə ölkəsinə həyata keçirilir. O ölkələrdə yaşayan əhalinin çoxu isə rus dilini bilir".
Qeyd edib ki, onların ixrac etdiyi kənd təsərrüfatı məhsullarının Ermənistana daşınması üçün Gürcüstan vasitəçi ərazi qismində olmağı təklif edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub