8 aprel mitinqi ilə bağlı şok iddia “Avropaya mühacir kimi getmək istəyənlər gəlib, şəkil çəkdirəcəklər”

1530
8 aprel mitinqi ilə bağlı şok iddia “Avropaya mühacir kimi getmək istəyənlər gəlib, şəkil çəkdirəcəklər”

Milli Şuranın 8 aprel tarixində baş tutacaq mitinqi ilə bağlı yeni iddia ortaya çıxıb.

Adının açıqlanamasını istəməyən mitinq təşkilatçısının AZXEBER.COM-a verdiyi məlumata görə, mitinqdə Avropa ölkələrindən "siyasi mühacir” kimi yaşamaq istəyən şəxslər də qatılacaq. Maraqlı olan məqam isə bu şəxslərin əksəriyyətinin heç birinin öncədən siyasi fəaliyyətlərinin olmamasıdır.

Məlumata görə, bu adamların mitinqdə iştirak etməsinin ən böyük səbəbi Avropa ölkələrinin "siyasi mühacir”lərlə bağlı tələbləridir. Belə ki, mitinqlərdə iştirak edib şəkillər çəkdirən sözügedən vətəndaşlar bununla səfirliklərə müraciət edə bilirlər. Onlar ölkədə baş verən hadisələrə etirazlarını bildirdiklərini bu fotolarla təsdiqləyirlər.

Mənbənin sözlərinə görə, ümumiyyətlə heç bir ictimai-siyasi fəaliyyəti olmayan şəxslərə Avropada "siyasi mühacir” adı almasına AXCP, Müsavat funksionerləri ilə yanaşı, müxtəlif səfirliklərdən qrantlar alan və ölkədə ictimai xadim kimi tanınan gənclər də köməklik edirlər. Bu işləri isə hansısa təəsübkeşliyə görə yox, 2 min dollardan başlayan qiymət qarşılığında edilir.

Digər maraqlı məqam isə mitinqlərdə şəkil çəkdirən şəxslərin tənqidi yazılarının çıxdığı mətbuat orqanlarıdır. Belə ki, Avropa ölkələri siyasi sığınacaq verdikləri şəxslərin mətbuatdakı çıxışlarına da önəm verirlər. Buna görə həmin şəxslərin yazıları qeydiyyatdan keçən ancaq bir neçə nüsxə çap edilən qəzetlərdə çıxarılır. Bu qəzetlərin tirajları süni şəkildə artırılaraq məqalələr çap edilir və səfirliklərə təqdim edilir.

Mənbə bir müddət öncə İsa Qəmbərin Avropaya səfəri haqqında da maraqlı fakt söyləyib. Belə ki, keçmiş Müsavat başqanının bu səfəri Avropada "oturum" ala bilməyən şəxslərə hesablanıbmış. Belə ki, İ.Qəmbər bu səfəri zamanı Avropada yaşayan siyasi mühacir statusu almaq istəyən şəxslərlə görüşüb və onlarla şəkil çəkdirib. Bu səfərin ardından oturum almaq istəyən şəxslər istədiklərinə nail olublar və məhkəmə onlara siyasi mühacir statusu verib.

Müxalifətin analoji 8 aprel mitinqi də məhz bu səbəbdən baş tutacaq. 

Xəbər lenti