Toyunda özünə şəhid ölümü arzulayan yeganə hərbçi idi bəlkə. 3 rəngli Azərbaycan bayrağına bükülü tabutla, şəhid kimi dönmək arzusunu özü diləmişdi özünə. Qorxmadan, ölümün gözünə dik baxaraq, içindəki qorxunu didib dağıdaraq. Toyunu aparan müğənniyə də bir neçə dəfə “Vətən oğlu” mahnısını sifariş vermişdi-mən bu mahnıdan doymuram demişdi. ”Vağzalı“ əvəzinə bu havaya qol götürüb oynamışdı. Kim bilir, bəlkə də, alnına şəhid ölümünün yazıldığı elə o vaxt əyan imiş ona-elimin mərd, cəsur oğlu Pəncəli Teymurova.
Bu gün doğulduğu obada, Astara rayonunun Əzərud kəndində maraqlı, mənalı, şərəfli hərbçi,i nsan ömrü yaşayan Pəncəli Teymurovun xatirəsi onu sevənlər tərəfindən yad edilib. Onu yad etməyə gələnlər arasında icra rəsmisi də vardı, az yaşlı məktəbli də. Özündən sonra övlad yadigarı qalmasa da, şucaəti, igidliyi qaldı-ata-anasına,d oğmalarına təsəlli olan da Pəncəliyə olan tükənməz el sevgisidir.
Qeyd edək ki, P. Teymurov 1999-cu ildə hərbi xidmətə yola düşüb və könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat qrupuna yazılaraq Bakıda gizir məktəbini bitirib. Daha sonra Türkiyənin xüsusi kəşfiyyat məktəblərində təlim keçib. Hərbi xidmət müddətində bir sıra ali döyüş mükafatlarına layiq görülüb.
Rahat yat,Vətən oğlu.Bu Vətən var olduqca sən də varsan,könüllərdə yaşayarsan!”Vağzalı”-nı döyüş marşına dəyişən oğullar-Vətən sizinlə güclüdür!
: istipress
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub