“Lukoyl” şirkəti il sonuna qədər Rusiya ərazisindəki bütün avtoyanacaq doldurma stansiyalarının satışına dair qərar qəbul edə bilər.
“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə şirkətdən olan mənbə bildirib.
Mənbənin sözlərinə görə, “Lukoyl”un rəhbəri, azərbaycanlı iş adamı Vahid Ələkbərova il ərzində yanacaq doldurma stansiyaları şəbəkəsinin üçdə bir hissəsini 10 faizlə satmağı və ya yaxın iki il ərzində Rusiyadakı bütün avtoyanacaq doldurma stansiyalarından xilas olunmağı təklif olunub.
Mənbə iddia edir ki, holdinq rəhbərliyi ikinci variantı seçib: “Hazırda şirkət potensial investorlardan ərizələri qəbul edir. Artıq onların sayı 3-dür. Uzun müddətli xarici investorlar üçün təkliflər hazırlanır”.
“Lukoyl”un mətbuat xidməti bu xəbərə şərh verməyib.
Qeyd edək ki, hazırda “Lukoyl”un 5500 yanacaqdoldurma stansiyası var ki, bunun da 2500-ü Rusiyada yerləşir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub