“Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması üçün atılan addımlarda məqsəd ondan ibarətdir ki, bu sahədə problemlər aradan qaldırılsın”.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, ilk növbədə vacib mexanizmlər yaradılmalıdır: “Bura qanunvericiliyin təkmilləşdirilməsindən tutmuş, müvafiq qurumun formalaşdırılmasına qədər olan məsələlər daxildir. Qarşımızda duran digər məsələ isə Azərbaycanda yerli məhsulların xarici ölkələrə ixracı ilə bağlı mexanizmin hazırlanmasıdır.
Bütün bunlarla müvafiq komissiya və gələcəkdə yaradılacaq agentlik məşğul olacaq. Amma narahatedici məqam odur ki, bəzi sahibkarlar vicdan hisslərini itiriblər və təhlükəli qidanın idxalı ilə məşğuldurlar.
Güman edirəm ki, fəaliyyətə başlayan komissiyamız bunun qarşısını alacaq. Mən istəyərdim ki, bütün bu məsələlərin müsbət həlli üçün ictimai nəzarət də öz rolunu oynasın, dövlətə dəstək olsun. İctimai nəzarət dövlətin qarşısına qoyduğu məqsədlərə çatmaqda mühüm rol oynayır”.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub