Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək
![](https://img.mynews.az/news/2017/04/photo_7670.jpg)
Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, aprelin 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeronda gecə 6-9, gündüz 17-22 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, gündüz ayrı-ayrı yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 9-u axşam qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 11-i gündüzədək qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7° aşağı enəcək.
Cəmiyyət
- Qarabağa getmək istəyənlərin nəzərinə! - Sabah saat 11:00-da...
- Ramil Səfərovun xanımı deputatlığa namizəd olur
- Xalq artisti oğlunu əsgərliyə yola saldı - Təzə evlənmişdi... - FOTO
- Azərbaycanda qadınların pensiya yaşı ARTIRILDI
- Avtobuslardakı qəza çəkiclərini kim oğurlayır? - AÇIQLAMA
- Sabahdan Aİ 95 ucuzlaşır
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- "Qalatasaray" azarkeşlərindən Vanda Naraya sərt reaksiya - "Biz Mauroya layiqli birini tapacağıq" 1007 dəfə oxunub
- Qarabağa getmək istəyənlərin nəzərinə! - Sabah saat 11:00-da... 1002 dəfə oxunub
- “Nar” Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayıb - FOTOLAR 1001 dəfə oxunub
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq 973 dəfə oxunub
- Ağadadaş Ağayev "Xalq artisti" adından məhrum edilə bilər? 968 dəfə oxunub