Bu gün Demokratik Qüvvələrin Milli Şurası "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.
Mynews.az Apa.az-a istinadən xəbərinə görə, mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin sədri İlham Hüseyn, AXCP sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nürəddin Məmmədli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli, Milli Şuranın sədri Cəmin Həsənli çıxış ediblər.
Sonda mitinqin qətnaməsi oxunub.
Aksiyanın təhlükəsizliyinin təmin olunması üçün əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aksiyada Milli Şuraya daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500-dək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub