Aylıq 130 manata mənzil almaq istəyənlərə şad xəbər bu ay 23 binanın tikintisinə başlanılır - VİDEO

1993
Aylıq 130 manata mənzil almaq istəyənlərə şad xəbər bu ay 23 binanın tikintisinə başlanılır - VİDEO

Yasamal rayonunda sosial evlərin tikintisi daha da sürətləndirilib. Bu ay ərzində daha 23 binanın tikintisi aparılacaq. İlk 9 mərtəbəli binanın və 960 yerlik məktəbin tikinti işləri tam plana uyğun aparılır. Yaşayış kompleksi tam istifadəyə verildikdən sonra 1843 ailə yeni mənzillə tam təmin ediləcək.

Xezerxeber. az məlumat verir ki, ərazidə ağır texnika və onlarla fəhlə işləyir.

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksindəki işlər daha da sürətləndirilib. 2016-cı ilin dekabrında təməli qoyulmuş yaşayış binasının və 960 yerlik məktəbin tikintisi davam etdirilir.

Aprel ayı ərzində daha bir neçə binanın tikintisinə başlanılacaq.

Yasamal Yaşayış Kompleksinin tikinti sahəsi ümumi ərazinin təqribən 25%-ni təşkil edəcək. Ərazinin 75%-ə yaxın hissəsi həyətlər, yaşıllıq zonaları, uşaq meydançaları, stadion, nəqliyyat və piyadaların hərəkətinin təşkili üçün istifadə olunacaq.

Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksinin inşası üçün ərazinin baş planının hazırlanması yekunlaşmaq üzrədir. Layihələndirmə işləri yaxın müddətdə başa çatdıqdan sonra tikintiyə start veriləcək.

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev bir müddət öncə açıqlamasına sosial evlərin qiyməti haqqında danışıb. O bildirib ki, bir otaqlı mənzillər üçün aylıq ödəniş 130-140 manatdan, 3 otaqlılar üçün isə 330-350 manatdan yuxarı olmayacaq. Təsdiq olunmuş qaydalara əsasən, sosial mənzillərin həm nağd qaydada, həm də 3 ildən 30 ilədək müddətdə İpoteka Fondunun güzəştli ipoteka sistemi vasitəsilə satışı nəzərdə tutulur.

 

Xəbər lenti